Hüseyn Cavid

 
24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Görkəmli şair, yazıçı, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri olmuşdur. İlk təhsilini Naxçıvanda ruhani məktəbində almışdır.

1918-ci ildən Müsavat partiyasının üzvü, Türkiyədə ali təhsil almışdır. Müsavat hökuməti zamanı “Yaşıl qələmlər” müsavatçı ədəbi cəmiyyətin üzvü olmuş, teatr texnikumunda müəllim işləmişdir.
Barəsində irəli sürülmüş ittihamlara görə o, ətrafına millətçi gənc şairləri toplayaraq onların müsavatçılıq ruhunda tərbiyə olunmasını həyata keçirmişdir. Əks-inqilabi, qeyri-leqal millətçi təşkilatın işində iştirak etmişdir. Əsərlərində anti-sovet və pantürkçü ideyaları təbliğ etmişdir.
Hüseyn Cavid 04.06.1937-ci ildə Azərbaycan SSR XDİK tərəfindən Azərbaycan SSR CM-nin 72-ci (anti-sovet təbliğatı) və 73-cü (əks-inqilabi fəaliyyət) maddələri ilə təqsirli bilinərək, həbs edilmişdir.

Azərbaycan SSR XDİK-in 08 mart 1939-cu il tarixli qərarına əsasən, ona əlavə olaraq, Azərbaycan SSR CM-nin 68-ci (casusluq) maddəsi ilə ittiham irəli sürülmüşdür.

09.06.1939-cu il tarixdə SSRİ XDİK-in xüsusi iclasının protokoluna əsasən anti-sovet fəalyyətinə görə 8 il müddətinə həbs edilərək, islah əmək düşərgəsinə göndərilmişdir.

Azərbaycan SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 06.03.1956-ci il tarixli qərarına əsasən Hüseyn Cavidə bəraət verilmişdir.

exhibit-icon 14 sənəd

Maraqlı sərgilər