Əhməd Cavad

Tanınmış şair, tərcüməçi və pedaqoq olan Əhməd Cavad “Yaşıl qələmlər” ədəbi cəmiyyətin rəhbərlərindən olmuş, “Azərnəşr”in uşaq bölməsinin redaktoru vəzifəsində çalışmışdı. 12.10.1937-ci ildə məhkəmə hökmünə əsasən əks-inqilabi məqsədlər güdmək və fəaliyyətdə təqsirli bilinərək güllələnməyə məhkum edilmişdir.

exhibit-icon 16 sənəd

Hüseyn Cavid

Azərbaycan Yazıçılar İttifaqının üzvü, görkəmli şair, yazıçı, dramaturq Rəsizadə Hüseyn Abdulla oğlu anti-sovet təbliğatı və əks-inqilabi fəaliyyətdə təqsirli bilinərək həbs edilmişdir. 09.06.1939-cu il tarixdə SSRİ XDİK tərəfindən anti-sovet fəaliyyətinə görə 8 il müddətinə islah əmək düşərgəsinə göndərilmişdir.

exhibit-icon 14 sənəd

Əhməd Rəcəbli

Ə.Rəcəbli AXC-nin təhsil üçün İtaliyaya göndərdiyini tələbələrdən olub. Zaqatala KT texnikumunu təşkil edib və Azərbaycan KT institutunda kafedra müdiri vəzifəsində çalışıb. 1937-ci ildə "İnqilab əleyhinə" fəaliyyətinə görə səkkiz il müddətinə Maqadana sürgün edilir.

exhibit-icon 9 sənəd

Salman Mümtaz

Görkəmli şair və yazıçı olan Əsgərzadə Salman Mümtaz oğlu akademik fəaliyyətinə Elmlər Akademiyasının Azərbaycan filialında kiçik elmi işçi kimi başlamışdı. 09.01.1938-ci il tarixli məhkəmə hökmünə əsasən silahlı üsyan və əks-inqilabi fəaliyyətdə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

exhibit-icon 10 sənəd

Balabəy Həsənbəyov

B.Həsənbəyov MDU-nun iqtisadiyyat fakültəsini bitirmiş, ADU-nun siyasi iqtisad kafedrasının müdiri və həmin universitetin rektoru olmuşdur. B.Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələri ilə ittiham olunaraq 1937-ci il oktayabrın 11-də güllələnməyə məhkum edilmişdir.

exhibit-icon 15 sənəd