Sərgilənən əşya, şəkil, material və digər əsərlərdən istifadə qaydaları

http://www.emuzey.dtx.gov.az ünvanında olan sayta daxil olmazdan əvvəl, Sərgilənən əşya, şəkil, material və digər əsərlərdən (“Eksponatlar”) istifadə qaydalarını (“Qaydalar”) diqqətlə oxuyun. http://www.emuzey.dtx.gov.az ünvanında olan sayta daxil olmaqla və / və ya ondan istifadə etməklə, Siz bu Qaydaların bütün şərtlərinə razılığınızı bildirir və qeyd edilən şərtlərə riayət etməyi öhdənizə götürürsünüz.
Əgər Siz bu Qaydaların bütün şərtləri ilə razı deyilsinizsə, bu sayta daxil olmayın və bu saytda göstərilmiş Eksponatlardan istifadə etməyin.

1. Eksponatlardan istifadə şərtləri

1.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin http://www.emuzey.dtx.gov.az ünvanı üzrə “Elektron Müzey” (“Muzey”) veb-saytında sərgilənən Eksponatlardan istifadəyə yalnız aşağıda sadalanan hallarda icazə verilir:

1.1.1. müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda buraxılan və çap edilən qəzet, jurnal və digər dövri nəşrlərdə yenilik, xəbər və digər bu kimi məlumatın dərc olunması və paylaşılması üçün;
1.1.2. fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında buraxılışların hazırlanması və yayımlanması üçün;
1.1.3. müvafiq qanunvericiliyin Eksponatların informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadəsi ilə bağlı müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan istifadəsinə icazə verən digər hallarda.

1.2. Hər bir halda, Eksponatlardan yalnız Eksponatın müəllifinin adını və Eksponatın mənbəyini (http://www.emuzey.dtx.gov.az) göstərməklə istifadə edilə bilər.

1.3. Eksponatlardan digər hallarda istifadə üçün Muzeyə yazılı olaraq müraciət təqdim edilməlidir. Bu halda, Eksponatlardan istifadə şərtləri Muzey tərəfindən müəyyən edilir.

2. Məsuliyyətin məhdudlaşdırılması

2.1. Muzey hər hansı Eksponatların istifadəsi və hər hansı istifadənin nəticələri üçün heç bir şəxs qarşısında hər hansı məsuliyyət daşımır.

3. Qaydalara əlavə və dəyişikliklərin edilməsi

3.1. Muzey istənilən vaxt bu Qaydalara əlavə və dəyişikliklər etmək hüququna malikdir.

4. Tətbiq edilən hüquq və mübahisələrin həlli

4.1. Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Tərəflər, bu Qaydalar ilə bağlı olan hər hansı mübahisəni danışıqlar yolu ilə həlli üçün zəruri səylər göstərəcəklər. Hər hansı mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmazsa, mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunur.